28 C
Baku
Thursday, May 29, 2025

Britaniyada uçan taksi sınaqdan keçirilib

Böyük Britaniyada “Vertical Aerospace” şirkəti “VX4” uçan taksisini açıq havada sınaqdan keçirib.

Bu barədə “The Telegraph” qəzeti yazıb.

“Böyük Britaniya tarixində ilk hava taksisi uçuşunu həyata keçirib”, – nəşr qeyd edib.

“VX4” elektrik təyyarəsinin prototipi şaquli eniş və qalxma qabiliyyətinə malikdir.

Sınaq uçuşu İngiltərənin cənub-qərbindəki Kotsvolds bölgəsi üzərində həyata keçirilib. Sürətlənmə üçün yerli hava limanının uçuş-enmə zolağından istifadə edilib.

Son xəbərlər
Digər xəbərlər