11 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

“Britaniyada vaksinasiyada rekord göstərici qeydə alınıb”

Böyük Britaniyada 7 milyondan çox insan koronavirusdan vaksinləmə prosesini başa çatdırıb.

Bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson özünün tvitterdəki səhifəsində bildirib.

“İndi 7 milyondan çox insan tamamilə peyvənd edilib”, – o, sosial şəbəkədəki hesabında yazıb.

Boris Conson qeyd edib ki, şənbə günü 475 min nəfərdən çox insana vaksinin ikinci dozası vurulub. Bu, Böyük Britaniya üçün rekord göstəricidir.

Qeyd edək ki, Böyük Britaniyanın əhalisi təxminən 66 milyon nəfərdir. Ölkə hakimiyyəti COVID-19-dan vaksinləmə üzrə kampaniyanın davam etməsi müddətində bu xəstəliyə qarşı mübarizə üçün tətbiq edilmiş məhdudiyyətləri tədricən ləğv etmək niyyətindədir.

Son xəbərlər
Oxşar xəbərlər