“Amazon” “iPhone XS” smartfonuna 150 funt endirim etməyə qərar verib.
Banker.az finans.az-a istinadla xəbər verir ki, onlayn alış-veriş saytı Böyük Britaniyada yaşayan və ya bu ölkədən 256 GB həcmli “iPhone XS” sifariş verən hər kəsə smartfonu 1 149 funta deyil, 999 funta satacaq.
Pərakəndə satışda bu qiymət təsdiqini tapmadığı üçün bu təklifin yalnız onlayn alış üçün keçərli olması və məhdud sayda model üçün təyin olunması ehtimal olunur.