1 C
Baku
Saturday, December 14, 2024

Britaniyada yeni baş nazirin seçilməsi üçün səsvermə prosesi başlayıb

Böyük Britaniyada hakim Mühafizəkarlar partiyasının yeni sədri və yeni baş nazirin seçilməsi üçün səsvermə prosesi başlayıb.

Bu vəzifəyə hakim partiyadan 8 nəfər namizədliyini irəli sürüb.

Qanunvericiliyə əsasən, yaxın bir neçə gün ərzində hakim partiyadan olan parlament nümayəndələri son iki namizəd qalana qədər səsvermə keçirəcəklər.

Son iki namizəd qaldıqdan sonra Böyük Britaniya üzrə Mühafizəkarlar partiyasının üzvləri poçt və ya elektron üsulla səs verə biləcəklər.

Qalib namizəd partiyanın yeni rəhbəri və ölkənin baş naziri seçiləcək.

Xatırladaq ki, Boris Conson ötən həftənin əvvəlindən hökumət nümayəndələrinin təzyiqindən sonra istefaya yollanmışdı.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər