Britaniyada yeni maliyyə naziri təyin edildi

Böyük Britaniyanın keçmiş xarici işlər naziri Ceremi Hant maliyyə naziri təyin edilib.

Britaniya hökuməti onun təyinatını tviter hesabında təsdiqləyib.

Ceremi Hant 2018-2019-cu illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Əvvəlki nazir vəzifəsində 38 gün keçirib və oktyabrın 14-də qalmaqallı vergi islahatları fonunda işdən azad olunub.

Qeyd edək ki, Böyük Britaniyada artıq bir il ərzində dörd maliyyə naziri dəyişib.

Son xəbərlər
Digər xəbərlər