Azərbaycan əsilli iş adamları tərəfindən Böyük Britaniyada təsis edilən onlayn ödəniş şirkəti “Guavapay Limited” ölkəmizdə yeni törəmə şirkət təsis edib və tənzimləyicidən lisenziya gözləyir.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “GuavaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Şirkət apreldə təsis edilərkən 750 000 manatlıq nizamnamə kapitalı ilə yaradılıb ki, bu da Azərbaycan Mərkəzi Bankının elektron pul təşkilatlar üçün nəzərdə tutulan tələbə uyğundur.
Şirkət Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev 232 ünvanında təsis edilib. Onun direktoru Fəxri Qasımov Məmmədəli oğludur.
“GuavaPay” 2017-ci ildə Böyük Britaniyada təsis edilib. Şirkət təsis edilərkən onun səsvermə hüququ olan payı Türkiyə vətəndaşı Ülviyyə Nəsibova adlı şəxsə, 2018-ci ildən 2023-cü ilin sonuna qədər isə həmin pay Orxan Nəsibova ötürülüb. Sonradan şirkətin payı Nəsibovun səhmdarı olduğu “Tainotech Holding Limited”ə ötürülüb.
Xatırladaq ki, 2023-cü ildən etibarən ödəniş sistemləri bazarına Azərbaycan Mərkəzi Bankı nəzarət edir.
İndiyə qədər lisenziya verdiyi şirkətlər:
Elektron Pul təşkilatları:
- “A-Solutions Elektron Pul Təşkilatı” MMC
- “United Payment” MMC
- “Modenis” MMC
- “PashaPay” MMC
- “Mobile Payment Solutions” MMC
- “Mpay” QSC
- “Paysis” MMC
- “PulPal” MMC
- “Qoldenpey” ASC
Ödəniş təşkilatları:
- “Token Azərbaycan” MMC
- “Global İnnovations” MMC
- “Drakaris” MMC
- “Multi Solutions” MMC