Bristol Universitetində çalışan britaniyalı alimlər qrupu “süni əzələ” həlli inteqrasiya edilmiş “ağıllı şalvar” hazırlayıblar. Banker.az-ın Trend-ə istinadən məlumatına görə, texnoloji yenilik əlillərə və yaşlı insanlara hərəkətlilik probleminin öhdəsindən gəlməyə kömək edəcək.
Yeni texnologiya hərəkət etməkdə çətinlik çəkən insanlara yerimə zamanı əlavə köməklik göstərəcək. “Ağıllı” şalvarlar əlillərə əlil arabasından ayağa qalxmağa və pilləkənlərlə yuxarı qalxmağa yardım edəcək. Bundan başqa, yeni texnologiya geyinmə prosedurunu asanlaşdıracaq.