15 C
Baku
Wednesday, April 24, 2024

Britaniyalı məktəbli çinlilərə yeni ad taparaq 48 000 funt qazandı

Britaniyalı məktəbli Bo Cessap Special Name adlı sayt yaradıb. Çinli ailələr bu saytın köməkliyi ilə övladlarının xarakterindən asılı olaraq onlara ingilis adları seçə bilirlər.

Çinli valideynlər övladlarına müxtəlif xüsusiyyətlərinə uyğun olaraq ad təyin edirlər. Lakin bir çox ailələr istəyirlər ki, uşaqları böyüdükdən sonra Böyük Britaniyada təhsil ala və işləyə bilsinlər.

Britaniyalı məktəbli Bo Cessap isə uşaqlara Çin prinsipləri ilə ad seçən startap yaradıb. Belə ki, saytda ilk öncə uşaqda olması gərəkən 12 keyfiyyətdən 5-ni seçmək lazımdır. Bundan sonra uşağın cinsini qeyd edib, 60 pens ödəmək lazımdır.

Sayt seçilmiş xüsusiyyətlər əsasında üç ad təklif edir və valideynlər bu adları ya poçt, ya da WeChat mesenceri vasitəsilə öz ailələrinə göndərə bilərlər. Həmçinin saytdan istifadə edən valideynlər seçilmiş adın mənasını izah edən sertifikat əldə edir. Bu sertifikatda analoji ada sahib olan uğurlu və məşhur bir şəxs nümunə olaraq təqdim edilir.

Bununla yanaşı, Bo bildirir ki, çinlilərin ingilis saytlarına çıxışları olmadığından bəzən fərdi şəkildə uşaqlarına qəribə adlar verirlər. Məsələn, Gendalf və yaxud Zoluşka.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər