9 C
Baku
Thursday, December 12, 2024

Britaniyalı nazir Azərbaycana səfər edəcək

Noyabrın 20-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokertinin Cənubi Qafqaz regionuna səfəri başlayır.

L.Doçerti regiona səfəri çərçivəsində Ermənistan, Gürcüstan və Azərbaycanda olacaq.

O, Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə edəcək, regionda uzunmüddətli sülh və sabitliyə nail olmaq üçün ölkələr arasında birbaşa sülh danışıqlarının təcili aparılmasının zəruriliyini vurğulayacaq.

Bildirilib ki, nazir Azərbaycanın bərpa olunan enerji mənbələrinə keçidinə kömək etməkdə Britaniyanın təcrübəsini təbliğ edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər