22 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Britaniyalı professor koronavirusun gələcəyini proqnozlaşdırdı

Screen Shot 2021 09 02 at 14.34.20

Şərqi İngiltərə Universitetinin tibb məktəbinin professoru Pol Hanter COVID-19-un yaxın gələcəkdə “soyuqdəymə” halına gələcəyini proqnozlaşdırıb.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Onun fikrincə, SARS-CoV-2 heç vaxt yox olmayacaq digər koronaviruslar kimi hər beş ildə bir dəfə özünü göstərəcək. Hanterə görə, peyvəndlər onun yayılmasını çətinləşdirəcək və xəstələri xəstəxanaya yerləşdirilməkdən və ölümdən xilas edəcək.

“COVID kökündən fərqli bir xəstəliyə çevriləcək. Bir neçə ildən sonra infeksiyaların böyük əksəriyyəti simptomsuz və ya yüngül keçəcək. Başqa sözlə desək, digər koronaviruslar kimi, soyuqdəymənin səbəblərindən birinə çevriləcək”, – deyə professor vurğulayıb.

O, digər koronavirusların mövsümi xarakter daşıdığını və bir qayda olaraq, qış aylarında zirvəyə çatdığını qeyd edib. SARS-CoV-2-nin yeni ştamları bir sıra problemlərə gətirib çıxarsa da, professor “delta”nın virusun son nöqtəsi ola biləcəyinə inanmaq üçün əsaslı dəlillərin olduğunu söyləyib.

“Yeni daşıyıcıya keçdikdən sonra virus nadir hallarda əvvəlki vəziyyətində qalır. Virus bir açardır, onun sahibi isə bizik. Virus bu kilidi açmağı öyrənənə qədər sürətlə inkişaf edir. Ən uyğun variant hakim olmağa başlayır və təkamül kəskin şəkildə yavaşlayır”, – deyə Hanter əlavə edib.

Onun fikrincə, pandemiyanın ən pis dövrü (ən azından Böyük Britaniyada) artıq sona çatıb, lakin bu halda ikincil vaksinasiyanın keçirilməsi şərtdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər