3 C
Baku
Tuesday, January 20, 2026

Britaniyanı ABŞ tarifləri fonunda resessiya riski gözləyir

ABŞ Prezidenti Donald Trampın yeni tarif hədələri sürətlə reallaşarsa Böyük Britaniya iqtisadiyyatı resessiya ilə üz-üzə qala bilər.

Bu barədə “Capital Economics” hesablamalar aparıb. Bildirilib ki, ABŞ-ın artıq tətbiq etdiyi 10 faizlik idxal rüsumlarına əlavələr olarsa, Böyük Britaniyanın ÜDM-i 0,3–0,75 faiz azala bilər. Dünya Bankının Böyük Britaniyanın iqtisadi artımı ilə bağlı qiymətləndirmələrinə əsasən, tariflərin iyun ayından etibarən 25 faizə qaldırılması ölkə iqtisadiyyatına təxminən 21,6 milyard funt sterlinq həcmində zərbə vura bilər.

“Capital Economics”in baş iqtisadçısı Pol Deyls bildirib ki, hazırda Böyük Britaniya iqtisadiyyatı rüblük 0,2–0,3 faiz artım tempindədir və bu zərbə qısa müddətdə baş verərsə, resessiyanı tətikləyə bilər.

Məlumat Britaniyanın Baş naziri Kir Starmerin ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonu Dauninq Stritdə qəbul etməsindən sonra yayılıb.

Bu arada, Prezident Trampın Böyük Britaniya və daha yeddi Avropa ölkəsinə əlavə tariflər tətbiq edəcəyi ilə bağlı açıqlamasından sonra fond bazarlarında eniş qeydə alınıb. Xüsusilə, avtomobil istehsalçıları zərər çəkib, Avropa birjalarında isə kəskin ucuzlaşma müşahidə olunub. ABŞ-ın Danimarkaya məxsus Qrenlandiya ilə bağlı mövqeyini sərtləşdirməsi Avropada narahatlığı daha da artırıb. Baş nazir Starmer Böyük Britaniyanın ABŞ-a qarşı cavab tarifləri tətbiq etməyəcəyini bildirib və Vaşinqtonun gərginliyin artmasına baxmayaraq, London üçün yaxın müttəfiq olaraq qaldığını vurğulayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər