Alman məmurlar müəyyən ödəniş qarşılığında Böyük Britaniyanın Avropa İttifaqının vahid bazarına girişini təmin etməyi təklif ediblər.
Banker.az saytı Reuters agentliyinə istinadən xəbər verir ki, bu təklif Almaniyanın Maliyyə nazirliyinin hesabatında yer alıb.
35 səhifəlik hesabatda deyilir ki, Böyük Britaniyanın Aİ tərkibindən çıxması “ciddi iqtisadi nəticələr”-ə malikdir ki, bu da ümumilikdə real iqtisadi saəhəyə təsir edəcək.
Maliyyə nazirliyinin məmurlarının hesablamalarına görə, Berlin Brexitdən sonra Aİ xəzinəsinə ildə əlavə olaraq 4,5 milyard avro ödəməli olacaq. Onlar, xərcləri azaltmaq məqsədilə müəyyən ödəniş qarşılığında Britaniyanın vahid bazara girişini təmin etmək istəyirlər.