6 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın ən varlı adamlarından biri evində öldürüldü

Böyük Britaniyanın ən zəngin şəxslərindən biri ölkənin cənub-qərbində yerləşən iqamətgahında qətlə yetirilib.

Bu barədə “The Times” nəşri məlumat yayıb.

83 yaşlı otellər sahibi Riçard Satton, aprelin 7-də axşam Dorset qraflığında yerləşən Gillinqham şəhəri yaxınlığındakı evində hücuma məruz qalıb.

Qonşularından birinin zəngindən sonra hadisə yerinə gələn polis, Sattonun bıçaqlandığını müəyyən edib. Evdə həmçinin, 60 yaşlı qadın, ehtimal ki, milyonçunun həyat yoldaşı da bıçaq yarası ilə aşkarlanıb. O, dərhal helikopterlə Bristol xəstəxanasına aparılıb, vəziyyəti ağır qiymətləndirilir.

Hücumla bağlı polis milyonçunun tanışı, 34 yaşlı şəxsi saxlayıb. O, hadisə yerindən London şəhəri istiqamətində öz avtomobili ilə hərəkət edirmiş. Şübhəli şəxs həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Riçard Sattonun sərvəti 301 milyon funt sterlinq (415 milyon ABŞ dolları – Red) dəyərləndirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər