-1 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın Azərbaycanda qızıl çıxaran “Anglo Asian Mining”i zərərlə üzləşib

Böyük Britaniyanın Azərbaycanda qiymətli və əlvan metal çıxaran şirkəti “Anglo Asian Mining PLC”nin ötən il ekoloji qalmaqaldan sonra gəlirləri kəskin düşüb və nəticədə zərərlə üzləşib.

Banker.az xəbər verir ki, “Anglo Asian Mining” 2023-cü ildə $45.9 milyon gəlir əldə edib ki, bu da həmin dövrə olan rəsmi məzənnəyə görə (USD/AZN: 1.7000) 78.03 milyon manat ekvivalenti təşkil edir.

2022-ci ildə mədən şirkətinin $84.7 milyon gəliri olmuşdu. Bu da 2023-cü ildə $45.9 mln. və ya 46% azalması deməkdir.

2023-cü ildə Gədəbəydə bu şirkətin qızıl mədəni ilə bağlı ekoloji səbəblər əsas gətirlərək narazılıqlar baş vermişdi və nəticədə bu mədəndə işlər dayandırılmışdı. Hesabatda da qeyd edilir ki, 2023-cü ilin avqust-dekabr ayları arasında hasilatda fasilələr baş verib.

“Anglo Asian Mining” 2023-cü ildə $24.8 milyon əməliyyat zərəri edib. Halbuki, bu 2022-ci ildə $9.3 mln. mənfəət idi. Şirkətin zərəri, yəni vergiyə qədər hesablanan $32 mln. olub (2022: $7.5 mln. mənfəət).

Mədən şirkəti 2023-cü ildə 15 822 unsiya qızıl satıb. Bu 2022-ci ildə 34 918 unsiya təşkil edirdi. Qızıl külçə satışı orta hesabla bir unsiya üçün $1 951-ə ticarət edilib bu öncəki ildə $1 783 idi.

Şirkət hesabat müddətində Azərbaycan Hökumətinin istehsal payı istisna olmaqla satış dəyəri $15.8 milyon olan 11 192 ton quru mis konsentratının tədarük edib. Bu illik müqayisədə məbləğ baxımdan 29% aşağı nəticədir. 2022-ci ildə $22.3 milyon satış dəyəri ilə 12 443 tonluq mis satılmışdı.

“2023-cü il Anglo Asian üçün ortamüddətli inkişaf strategiyamızın həyata keçirilməsində mühüm il oldu, belə ki, biz işlənməkdə olan aktivlərimiz üzrə əhəmiyyətli irəliləyiş əldə etdik və Gilər, Xarxar və Qaradağ faydalı qazıntı yataqlarımızda əhəmiyyətli ehtiyatları təsdiqlədik”- deyə, şirkətin baş icraçı direktoru Reza Veziri bildirib. O, həmçinin mədən şirkətinin gələcəyini də “parlaq” gördüyünü bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər