10 C
Baku
Thursday, December 12, 2024

Britaniyanın Azərbaycandakı mədən şirkəti “Anglo Asian”ın səhmdarlarında dəyişiklik olub

Böyük Britaniyanın Azərbaycanın qızıl, mis və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” elan edib ki, şirkətin idarə heyətində müstəqil üzv (icra səlahiyyəti olmayan) olan Con Sununu 9 171 825 adi səhmi “Sununu Holdings LLC”yə, ailə aktivlərini idarə edən şirkətə transfer edib.

Banker.az bu barədə şirkətin elanına istinad edir.

Bu şirkət isə “Anglo Asian”ın idarə heyətində müstəqil yer alan Maykl Sununu tərəfindən idarə olunur.

Bu transferin nəticəsində Con Sununu 1 562 715 adi səhmdə payı qalır ki, bu da buraxılan səhmlərin 1.4%-ni təşkil edir.

Maykl Sununu tərəfindən idarə olunan “Sununu Holdings LLC” isə 9 171 825 adi səhmdə sahibdir ki, bu da buraxılan səhmlərin 8%-ni təşkil edir.

Son xəbərlər
Digər xəbərlər