Azərbaycanda mis, qızıl və gümüş istehsalçısı “Anglo Asian Mining PLC” 2025-ci ilin 30 iyun tarixinədək olan altı ayı üzrə audit hesabatı açıqlanıb.
Banker.az xəbər verir ki, dağ mədən şirkətinin ümumi gəlir ilk yarımildə 40.9 milyon dollar olmaqla öncəki ili düz 3 dəfə üstələyib. Ötən ilin müvafiq dövründə şirkətin gəlirəri ekoloji yolxamalar səbəbindən az olmuşdu ki, bu da onun 13.4 milyon dollar gəlir əldə etməsinə səbəb olmuşdu.
“Anglo Asian” deyir ki, dövr ərzində bütün emal müəssisələrinin fasiləsiz işləməsi nəticəsində daha yüksək istehsal həcmləri və əlverişli əmtəə qiymətləri təmin olunub
Daha yüksək orta qiymətlə satılmış 9 781 unsiya qızıl külçə (2024-cü ildə: 6 000 unsiya), orta satış qiyməti unsiya üçün 3 077 dollar olub. Bu da dünyada bahalaşan qızılın təsiri ilə əlaqəlidir. “Anglo Asian” qızılı öncəki ildəki bir unsiya üzrə 2,174 dollardan 42 faiz baha satıb.
Şirkət son illərdə əsas fokuslandığı hasilat – mis konsentratı satışları 10.4 milyon dollara yüksəlib ki, bu da 2024-cü ilin analoji dövrünü 21 dəfə üstələyib.
Vergidən əvvəl 7.1 milyon dollar mənfəət əldə olunub (2024: 5.5 milyon dollar zərər)
Daha yüksək gəlirlər hesabına 13.8 milyon dollar həcmində ümumi mənfəət əldə edib. Halbuki, öncəki ildə 1.7 milyon dollar ümumi zərər vardı.
Daha yüksək borclanma xərclərinə görə maliyyə xərcləri son bir ildə 1.2 milyon dollardan 1.7 milyon dollara qalxıb.
Əməliyyat fəaliyyətindən müvafiq müddət ərzindəki 3.2 milyon dollar xalis pul vəsaiti 11.4 milyon dollara yüksəlib.
Əsasən mədən və emal zavodlarının inkişafına yönəlmiş 8.0 milyon dollar kapitallaşma yönəldib.
Xalis borc mövqeyi (icarə öhdəlikləri istisna olmaqla, lakin “Trafigura”dan alınmış avans daxil olmaqla) 2025-ci il 30 iyun tarixinə 13.1 milyon dollara enib. Bu cari ilin əvvəlində 14.7 milyon dollar)
Mənfəətin yüksəlməsinə rəğmən, səhmdarlar gözləmə mövqeyində qalaraq 2025-ci il üzrə aralıq dividendlər elan edilməyib.
Şirkət 12 115 unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji dövründəki 4 704 unsiyanı 2.5 dəfə üstələyib.
2025-ci ilin ilk altı ayında şirkət unsiyasını orta hesabla 3 077 dollardan satıb. Halbuki, ötən il bu göstərici 2 174 dollar idi. Beləliklə, qızılın satış qiyməti bir ildə 42 faiz artıb.
Gümüş hasilatı da 62 354 unsiyaya çatıb. Bu, ötən ilin ilk yarısındakı 12 746 unsiyanı təxminən beş dəfə üstələyib.
“2025-ci ilin aralıq nəticələrini və mənfəətə dönüşümüzü elan etməkdən məmnunam. Artım strategiyamız çərçivəsində, 2025-ci ildə artıq iki yeni mədənin – Gilar və Demirli – istismarına başlamışıq. Bu, həm artım strategiyamızın icrasında, həm də Anglo Asian-ın tarixində mühüm mərhələdir, çünki biz əsas məhsulumuz mis olmaqla orta səviyyəli istehsalçıya çevrilirik. Komandamız bütün portfel üzrə güclü irəliləyiş əldə edir və biz səhmdarlarımız üçün dəyər yaratmağa sadiq qalırıq.”- deyə, “Anglo Asian”ın baş icraçı direktoru Rza Vəziri bildirib.