8 C
Baku
Wednesday, February 18, 2026

Britaniyanın Azərbaycandakı mədən şirkəti mis, qızıl və gümüş hasilatı proqnozlarını qaldırır

Böyük Britaniyanın Azərbaycanda qızıl, mis və gümüş hasilatçısı “Anglo Asian Mining PLC”, 2026-cı il üçün istehsal və xərc proqnozunu açıqlayıb.

Banker.az şirkətə istinadən bildirir ki, bu il çoxsahəli istehsalçı olaraq fəaliyyət göstərəcək və mis istehsalını təxminən üç dəfə artırmağı planlaşdırır. Yeni “Gilar” və “Dəmirli” mis mədənlərinin sayəsində istehsal 20 min –25 min tona çatdırlacaq.

Qızıl istehsalının 28 min –33 min unsiyaya, gümüşün isə 170 min –210 min unsiyaya yüksəlməsi gözlənilir.

Əlavə olaraq şirkət xərclərin isə rəqabətqabiliyyətli səviyyədə qalacağı bildirilir. Qızılın AISC 1,500–1,800 $/unsiya, misin isə 6,800–7,800 $/ton olacağını deyib.

Şirkətin baş icraçı direktoru Reza Vaziri bildirib ki, 2026-cı ildə mis şirkətin əsas məhsulu olacaq və şirkət orta səviyyəli istehsalçıya çevrilmək strategiyasını həyata keçirəcək.

Qeyd edək ki, “Anglo Asian”nın Azərbaycan Respublikasındakı nümayəndəliyi “AIMKL” keçən il xaricə 135,2 mln. dollarlıq ixrac həyata keçirib. Bu öncəki ildə ekeloji səbəbdən istehsalı dayandırıldığından 39,6 dollar idi.

Son xəbərlər
Digər xəbərlər