16 C
Baku
Monday, April 29, 2024

Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirildi

Londonda radikal dindarların Azərbaycan səfirliyinə məlum hücumundan sonra Böyük Britaniyanın Bakıdakı səfirliyinin mühafizəsi gücləndirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun komandiri, polis polkovnik-leytenantı Əli Abdullayev bildirib.

Onun sözlərinə görə, hadisə baş verən gündən Britaniyanın Azərbaycandakı səfirliyinin qorunması üçün əlavə qüvvələr cəlb olunub və səfirliyin mühafizəsi gücləndirilib.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər