Böyük Britaniyanın Baş naziri Tereza Mey Şotlandiyanın “Renefşayr” fabrikində bu müəssisənin kollektivi ilə görüşüb.
Banker.az Azərtac-a istinadla xəbər verir ki, görüşdə T.Mey “Brexit” müqaviləsi barədə danışıb. O, müqavilənin Şotlandiya üçün faydalı olacağını və biznes sahəsində yeni imkanlar yaradacağını söyləyib. Baş nazir deyib: “Bu razılaşma vasitəsilə biz sularımıza nəzarəti yenidən öz əlimizə alacağıq və şotland balıqçılığının parlaq gələcəyini təmin edəcəyik”.