Britaniyanın Baş naziri “Brexit”dən sonrakı keçid dövrünü uzatmağı təklif edib

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqının növbəti Zirvə görüşü keçirilib. Bu barədə Banker.az AzerTag-a istinadla xəbər verir.

Tədbirdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələsi müzakirə olunub. Bu ölkənin Baş naziri Tereza Mey “Brexit”dən sonrakı keçid dövrünü bir neçə ay uzatmağı təklif edib.

Avropa İttifaqının məlumatına görə, əgər tərəflər razılığa gəlsələr, təklif qəbul oluna bilər.

Bu qərar “Brexit”in bəzi tərəfdarlarını qəzəbləndirib. İrlandiyanın Baş naziri Leo Varadkar söyləyib ki, müzakirələr zamanı bir çox mövzuda razılığa gəlinsə də, Şimali İrlandiya ilə İrlandiya arasındakı sərhəd məsələsində hələ də boşluqlar var.

Qeyd edək ki, ötən ay Zaltsburqda keçirilən toplantıda heç bir razılıq əldə edilməmişdi və bu, Böyük Britaniya cəmiyyətində narahatçılığa səbəb olmuşdu.