12 C
Baku
Friday, March 29, 2024

Britaniyanın baş naziri vəzifəsinə 10 namizəd müəyyənləşib

Böyük Britaniyada hakim Konservativ partiyanın rəhbəri və ölkənin baş naziri vəzifəsinə 10 namizədin adı bəlli olub.

“RİA Novosti” xəbər verir ki, baş nazir olmaq üçün Boris Conson, Ceremi Hant, Rori Stüart, Mett Henkok, Ester Makvey, Dominik Raab, Andrea Lidsom, Maykl Qouv, Sacid Cavid və Mark Harper mübarizə aparacaqlar.

10 namizəddən yeddisi hazırda nazir vəzifəsində çalışır. Lakin baş nazir olmağa ən şanslı namizəd keçmiş nazir Boris Conson heasb edilir.

Ondan başqa bukmekerlər və siyasətçilər C.Hant, D.Raab və M.Qouvun da adlarını çəkirlər.

Seçki prosesinin iyulun ikinci yarısında başa çatacağı ehtimal olunur.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər