1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Britaniyanın “Checkout” fintex-startapı $1 mlrd. cəlb edib

Britaniyanın “Checkout” fintex-startapı 1 milyard dollar cəlb edib, bundan sonra şirkətin qiymətləndirməsi 40 milyard dollara çatıb. Xatırladaq ki, 2021-ci ilin əvvəlində bu göstərici 15 milyard dollar olub.

Banker.az xəbər verir ki, platformaya “Altimeter”, “Franklin Templeton”, o cümlədən “Ribbit Capital”, “DST Global” və digərləri sərmayə qoyub. Cəlb edilən vəsaitlərin ABŞ bazarında inkişafa, eləcə də “Web 3.0” konsepsiyası çərçivəsində özəl platformanın yaradılmasına xərclənməsi planlaşdırılır.

“Checkout” – böyük müəssisələrə xidmət göstərən rəqəmsal ödəniş operatorudur. Xidmətin müştəriləri arasında “Netflix”, “Pizza Hut” və “Shein” kimi şirkətlər var. “Checkout”un əməkdaşları müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Çin, Avstraliya, Sinqapur, Türkiyə və Avropada işləyirlər.

2021-ci ilin yanvar ayında “Checkout” 450 milyon dollarlıq maliyyə raundunu tamamlayıb və Avropanın ən bahalı fintex-startapına çevrilib. Maliyyə raundunun aparıcı investoru “Tiger Global Management” olub.

Son xəbərlər
Oxşar xəbərlər