26 C
Baku
Saturday, July 27, 2024

Britaniyanın hərbi büdcəsi gələn il tarixdə ilk dəfə 50 milyard funt sterlinqi keçəcək

Böyük Britaniyanın 2024-cü il üçün hərbi büdcəsi tarixdə ilk dəfə olaraq 50 milyard funt sterlinqi keçəcək.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı bildirib.

Soyuq müharibə başa çatdıqdan sonra, bütün partiyalar onilliklər ərzində “sülh dividendləri” almağa davam edirdi, lakin hazırkı Baş nazir Rişi Sunak bu tendensiyanın qarşısını aldı və Müdafiə Nazirliyinə dörd il ərzində əlavə olaraq 24 milyard funt sterlinq ayırdı. Ukraynadakı müharibə fonunda o və maliyyə naziri Ceremi Hant daha da irəli getdi. Gələn il tariximizdə ilk dəfə müdafiəyə 50 milyard funt sterlinqdən çox pul xərcləyəcəyik. Söhbət 2019-cu ildə müdafiə naziri təyin olunmağımdan sonra müdafiə xərclərinin ildə təxminən 12 milyard funt sterlinq artmasından gedir”, – B.Uolles Britaniya Silahlı Qüvvələrinin inkişafı üzrə yenilənmiş planın dərc edilməsi münasibətilə qeyd edib.

“Bu, müdafiə büdcəsində nominal ifadədə 10%-dən çox artımdır. Eyni zamanda, hazırkı hökumət maliyyə vəziyyətimiz yaxşılaşdıqca və iqtisadiyyatımız böyüdükcə müdafiə xərclərini daha da artırmaq və ÜDM-in 2,5%-nə çatdırmaq istəyir”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər