-3 C
Baku
Sunday, December 15, 2024

Britaniyanın kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdu

Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozub.

Bu haqda Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən yazılı açıqlamada Barens dənizi üzərində Rusiya müdafiə sistemləri tərəfindən hədəfin aşkar edildiyi bildirilib.

Bunun üçün Rusiyaya məxsus “Mig-31BM” döyüş təyyarəsi havaya qalxıb.

“Sözügedən hədəfin Britaniya Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” elektron kəşfiyyat və döyüş təyyarəsi olduğu müəyyən edilib. Bu təyyarə Svyatoy Nos burnu bölgəsində Rusiya Federasiyasının dövlət sərhədini pozub”, – deyə açıqlamada qeyd olunub.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər