8 C
Baku
Monday, November 18, 2024

Britaniyanın keçmiş baş naziri Tereza Mey “vəzifə səlahiyyətlərindən sui-istifadə” mövzusunda kitab nəşr edəcək

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey bir sıra siyasi qalmaqalların təfərrüatlarını açıqlayacağı “Vəzifədən sui-istifadə” kitabını nəşr edəcək. “Daily Mirror” qeyd etdiyi kimi, Meyin bu əsəri “ədalətsizliyin şiddətli ifşası” kimi təsvir edilir.

Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.

Tereza Mey 2016-cı ilin iyulundan 2019-cu ilin iyuluna qədər Britaniyanın baş naziri vəzifəsini tutub və bu vəzifədə Marqaret Tetçerdən sonra ikinci qadın olub. O, parlament üzvləri ilə fikir ayrılığına görə istefa verib, səbəblərdən biri isə o illərdə dalana dirənmiş Brexit məsələsi olub.

Böyük Britaniyanın digər keçmiş baş naziri Boris Conson “HarperCollins” ilə müqavilə imzalayıb ki, vəzifədə olduğu dövrlə bağlı xatirələr nəşr etdirsin. Kitabın nəşr tarixi və adı hələ açıqlanmayıb.

Son xəbərlər
Digər xəbərlər