8 C
Baku
Wednesday, November 30, 2022

Britaniyanın müdafiə naziri: “Ukrayna qışda hücumu davam etdirməlidir”

Ukrayna ordusu döyüş meydanındakı üstünlüklərindən yararlanmaq üçün qışda hücumu davam etdirməlidir.

Bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildriib.

Onun sözlərinə göə, hər həftə ukraynalı həmkarına məhz bu cür məsləhətlər verir.

“Ukraynalıların təlim, təchizat və ordunun yüksək keyfiyyəti ilə ruhdan düşmüş, pis təlim keçmiş və zəif təchiz olunmuş ruslara qarşı üstünlüklərini nəzərə alsaq, qışda sürəti davam etdirmək Ukraynanın maraqlarına uyğun olardı”, – deyə britaniyalı nazir bildirib.

Uollesin sözlərinə görə, Ukrayna hərbçiləri artıq 300 min dəst qış forması alıblar.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X