Böyük Britaniyanın müdafiə naziri Ben Uollas ABŞ-a təcili səfər edib.
Britaniyalı nazir ABŞ-a səfəri çərçivəsində Ağ Ev və Pentaqonda Ukraynadakı təhlükəsizlik vəziyyəti, həmçinin nüvə hücumu təhdidi kimi məsələlərə dair müzakirələr aparacaq.
Ben Uollasın artıq Vaşinqtonda olduğu və iki ölkənin ortaq təhlükəsizlik narahatlıqlarına, həmçinin Ukraynadakı vəziyyətə dair müzakirələr apardığı bildirilib.