“Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin yeni hədələrinə baxmayaraq, Ukraynaya “M-270” reaktiv yaylım atəş sistemi verəcək”.
Bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.
Nazir vurğulayıb ki, məhz belə silah Ukraynaya Rusiya təcavüzündən müdafiəyə kömək edə bilər.
Məlumata görə, 3 qurğunun göndəriləcəyi gözlənilir. Bildirilib ki, “M270 MLRS” ABŞ istehsalıdır. Britaniya bu sistemin Ukraynaya tədarük edilməsini ştatlarla razılaşdırıb.
Bir müddət əvvəl Britaniyanın qeyri-müəyyən sayda “M-270” qurğusu tədarük edəcəyi bidirilirdi. Bu sistem 80 km məsafədə yerləşən hədəfi vura bilir.
Qeyd edək ki, Vladimir Putin silah göndəriləcəyi halda Ukrayna ərazisinə yeni-yeni zərbələr endirəcəklərini bildirmişdi.