5 C
Baku
Tuesday, January 31, 2023

Britaniyanın qızıl mədənçisi Azərbaycanda istehsal gücünü kəskin artırır

Azərbaycanda qızıl istehsalı ilə diqqət mərkəzində olan Böyük Britaniya mədən şirkəti “Anglo Asian Mining PLC” özünün gücü ikiqat artırılacaq və əlavə əməliyyat çevikliyi təmin edəcək flotasiya zavodunun genişləndirilməsinə başlandığını elan edib. Bu barədə Banker.az-a şirkətdən bildirilir.

Genişlənmə “Anglo Asian”ın qısa və ortamüddətli perspektivdə yeni mədənlərdən filiz emal etmək üçün ötürmə qabiliyyətinin artırılmasının bir hissəsini təşkil edib. Bu, 2023-cü ilin ikinci yarısında hasilata başlaması nəzərdə tutulan “Zəfər” ilə başlayacaq. Mədən şirkəti 100 000 unsiya ekvivalentində qızıl istehsalını hədəfləyir.

Genişlənmənin ümumi dəyəri 2.5 milyon ABŞ dolları həcmində qiymətləndirilir və bu, Anglo Asian” şirkətinin pul vəsaitləri hesabına ödəniləcək.

“Anglo Asian” növbəti artım mərhələsinin başlanğıcındadır. Belə ki, biz bir sıra yeni mədənləri istehsalata gətirməyə hazırlaşırıq” – deyə, mədən şirkətinin baş icraçı direktoru Reza Vaziri (Rıza Vəziri) deyib.

R.Vaziri deyib ki, “Zəfər”də mədən dizaynı çox təkmildir və hasilat 2023-cü ilin ikinci yarısında başlayacaq.

 

Son xəbərlər
Digər xəbərlər
X