7 C
Baku
Thursday, December 12, 2024

Britaniyanın qızıl mədənçisi Azərbaycanda $46 mln. gəlir əldə edib – hasilat isə düşüb

Azərbaycanda əlvan hasilatı ilə məşğul olan Böyük Britaniya kapitallı “Anglo-Asian Mining Plc.” Şirkəti cari ilin ilk yarımilliyi ərzində $45.9 mln. gəlir əldə edib. Bu da öncəki ilin analoji dövrü ilə müqayisədə 6% artım deməkdir.

Qızıl, gümüş və mis hasilatçısının bu ilk yarımillikdə vergiyəqədərki mənfəəti $11.8 mln. olmaqla, illik müqayisədə 14.6% artıma nail olması deməkdir.

“Anglo-Asian Mining Plc.”ə sərbəst pul axının həcmi $13.4 mln. təşkil edib.

2020-ci ilin yanvar-iyun aylarında qızıl hasilatının həcmi cəm olaraq 27 922 unsiya ( 2019: 34 349 unsiya), mis hasilatı 1 207 ton ( 2019: 963 ton), gümüş hasilatı isə 58 529 unsiya (2019: 84586 unsiya) təşkil edib.

“Anglo-Asian Mining” Azərbaycanda 1997-ci ildə imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur.

Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir.

İlk qızıl hasilatına 2009-cu ildə “Gədəbəy” yatağında başlanılıb. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Son xəbərlər
Digər xəbərlər