24 C
Baku
Wednesday, October 9, 2024

Britaniyanın sabiq Baş naziri sonuncu dəfə çıxış edib

Baş nazir postundan istefa verən Liz Trass “Dauninq Strit” küçəsindəki iqamətgahı qarşısında son dəfə çıxış edib.

O, Baş nazir olmağın böyük şərəf olduğunu deyib.

Liz Trass bildirib ki, hökumət zəhmətkeş ailələr və biznes sahəsi üzrə təcili və qətiyyətlə hərəkət edib.

O qeyd edib ki, Britaniya “Brexit”in gətirdiyi azadlıqlardan istifadə etməlidir.

Sabiq Baş nazir əlavə edib ki, ölkəsi Ukraynanı dəstəkləməyə davam etməlidir.

Çıxışdan sonra Liz Trass istefasını rəsmi olaraq Karl Çarlza təqdim etmək üçün Bekinqem sarayına yola düşüb. Liz Trassdan dərhal sonra isə Kral Rişi Sunak ilə görüşəcək və ona rəsmi olaraq hökumət kabinetini qurmağa çağıracaq. Daha sonra isə Rişi Sunak Baş nazir iqamətgahı qarşısında ilk dəfə çıxış edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər