Böyük Britaniyanın hakim Mühafizəkarlar Partiyasının yüksək vəzifəli üzvləri sentyabrın əvvəlinə qədər yeni partiya liderini və nəticədə ölkənin baş nazirini seçmək istəyirlər. Həmin ayda parlamentariyalar yay tətilindən qayadacaqlar.
Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən bildirib.
Məlumata əsasən, Boris Consonun istefasından sonra Mühafizəkarlar Partiyasının yeni liderinin seçilməsi proseduru iyulun 11-də, sıravi tori deputatlarını birləşdirən 1922-ci il Parlament Komitəsinin iclasının keçiriləcəyi zaman rəsmən təsdiqlənəcək.