Britanyalı nazir Səudiyyə Ərəbistanına getməkdən imtina etdi

Lyam Foks

Böyük Britaniyanın ticarət naziri Liyam Foks gələn həftə Səudiyyə Ərəbistanda keçirilməsi planlaşdırılan “Çöl Davosu” investisiya Zirvə görüşünə qatılmayacağını açıqlayıb. Bu barədə Banker.az AzerTag-a istinadla xəbər verir.

Nazirin səfərdən imtinası ilə bağlı açıqlama verən müşaviri deyib: “İndi tədbirdə iştirak etmək üçün uyğun zaman deyil. Böyük Britaniya hökuməti Camal Qaşıqçı məsələsinə görə çox narahatdır və bu məsələnin tez bir zamanda aydınlaşmasını istəyir”.

Qeyd edək ki, Böyük Britaniyadan başqa, ABŞ, Fransa və Niderland Krallığının da maliyyə nazirləri tədbirə qatılmaqdan imtina ediblər.