10 C
Baku
Wednesday, December 11, 2024

“British Airways” işçilərinin üçdə birini ixtisar etmək niyyətindədir

“British Airways” işçilərinin təxminən 30%-ni ixtisar etməyi düşünür. Aviasiya şirkətinin ana şirkəti olan IAG, sərnişin daşımalarının 2019-cu il səviyyəsinə qaytarılmasının bir neçə il çəkəcəyini gözləyir.

Banker.az bu barədə “Vesti.ru”yaistinadən xəbər verir.

Beləliklə, mövcud 42 min nəfərdən 12 min min nəfər işsiz qala bilər. “Balpa” nümayəndələri aviaşirkətin ştatı ixtisar etmək niyyəti ilə mübarizə aparacaqlarını açıqlayıblar.

Xatırladaq ki, daha əvvəl IAG “British Airways” şirkətinin mənfəətinin 13% düşməsi barədə hesabat vermişdir. 2019-cu ildə aviaşirkət 4,6 milyard avro gəlir əldə edib.

Qeyd edək ki, aprel ayında “British Airways” 22626 işçini artıq ixtisar edib. Hal-hazırda onlar işsizdirlər və dövlətdən kompensasiya alırlar (ayda 3,1 min dollardan çox olmayaraq). Ümumilikdə, yardım proqramından 140 min müəssisə istifadə edib.

Son xəbərlər
Digər xəbərlər