Böyük Britaniyanın “British Airways” aviaşirkəti, Qahirəyə uçuşları dayandırıb. Təxirə salmanın müddəti yeddi gün davam edəcək.
Banker.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Belə bir qərarın qəbul edilməsinin əsas səbəbi Misirin hava limanının təhlükəsizliyini qiymətləndirmək olub.
“Biz bütün dünya üzrə fəaliyyət göstərən hava limanlarında təhlükəsizlik tədbirlərini daim nəzərdə keçiririk”, – şirkət nümayəndələri bildirir.
Aviaşirkətin verdiyi məlumata görə, uçuşlar 20 iyuldan etibarən dayandırılacaq.