19 C
Baku
Sunday, May 19, 2024

“British American Tobacco” Rusiyada $1.2 mlrd. itirib

Siqaret istehsalçısı British American Tobacco (BAT) Rusiya bazarından çıxması ilə bağlı itkilərini 957 milyon funt sterlinq (təxminən 1.2 milyard dollar) olaraq qiymətləndirib. Bu barədə şirkətin ilin birinci yarısı üzrə maliyyə hesabatında deyilir.

“958 milyon funt sterlinq itki “satışı gözlənilən” kimi təsnif edilən aktiv və öhdəliklərin dəyərsizləşməsi ilə əlaqədardır, bunun 957 milyon funt-sterlinqi Rusiyadakı bizneslə, 1 milyon funt-sterlinqi isə İrandakı bizneslə bağlıdır”, – press-relizdə deyilir.

2022-ci ilin altı ayında “BAT”ın gəliri 5.7% artaraq 12.8 milyard funt-sterlinqə çatıb.

“British American Tobacco” martın əvvəlində Rusiyadan çıxdığını elan edib. Qərar Rusiyanın Ukraynadakı hərbi əməliyyatı fonunda qəbul edilib. “BAT” Rusiyadakı biznesini yerli tərəfdaşa satıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər