“British American Tobacco” (BAT) Rusiyadakı biznesini satmağa razılaşdığını bildirib. Şirkətin alıcısı “BAT Russia” menecmentinə rəhbərlik edən konsorsium olacaq.
Müqavilənin gələn ay ərzində bağlanacağı gözlənilir, məbləği açıqlanmır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
“British American Tobacco” şirkəti “Dunhill”, “Kent”, “Vogue”, “Rothmans”, “Pall Mall”, “Lucky Strike” və “Java” siqaretləri, həmçinin “glo” tütün qızdırıcıları və “neo” stikləri istehsal edir.