9 C
Baku
Thursday, December 12, 2024

“British American Tobacco”nun baş direktoru dəyişir

“British American Tobacco” (BAT) şirkətinin baş direktoru Cek Boulz vəzifəsini tərk edir, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

Bildirilir ki, Boulzun yerinə 1992-ci ildən şirkətdə çalışan Tadeu Maroko təyin edilir. Boulz şirkəti 2019-cu ildən idarə edir. O, vida nitqində qeyd edib ki, “biznesin növbəti mərhələyə keçməsi üçün rəhbərlik dəyişikliyinin vaxtı gəlib çatıb”.

“Reuters” öz ekspertlərinə istinadən yazır ki, şirkətin bu addımı gözlənilməz olub. Nəşr onu da diqqətə çatdırır ki, BAT törəmə şirkətinin Şimali Koreyaya tütün məmulatlarının satışına görə ABŞ hakimiyyətinə 535 milyon dollar ödəməyə razılaşdıqdan bir neçə həftə sonra kadr dəyişiklikləri baş verib, belə ki, bu, sanksiyaların pozulması deməkdir.

Son xəbərlər
Digər xəbərlər