16 C
Baku
Friday, April 26, 2024

Broyler şirkəti, “Atəşgah”ın sığorta zərərini ödəməməsi səbəbi ilə məhkəməyə müraciət edib

“Azərquşçuluq” MMC Azərbaycanda fəaliyyət göstərən sığortaçı “Atəşgah Sığorta” Şirkəti ASC-ni məhkəməyə verib.

Banker.az-ın xəbərinə görə, Şirkət, 1 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinə müraciət edərək, “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Atəşgah Sığorta Şirkəti” ASC-dən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 11.546,80 manat, həmçinin ödənişin gecikdirildiyi hər günə 0,1 faiz hesablanmaqla 200 manat, 30 manat dövlət rüsumu və 300 manat nümayəndə xərci, cəmi 12.076,80 manat pulun tutularaq “Azərquşçuluq” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, “Atəşgah Sığorta” ASC 1996-cı ildən Azərbaycanın sığorta bazarında fəaliyyət göstərir. 5 mln. manatlıq kapitalına “ISR Holdinq” (63%), “Ren-exam” (27%) və SOCAR (10%) pay sahibdirlər. 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər