25 C
Baku
Saturday, April 20, 2024

Brüs Barton-un marketinq hiyləsi

1957-ci ildə dahi bir ideya Batton&Osbourne reklam agentliyinə yarım milyon dollar gəlir qazandırır. Hadisə belə baş vermişdi. 1957-ci ildə Amerikanın Henckels şirkəti kartof təmizlənməsi üçün nəzərdə tutulmuş bıçaqlar istehsal edirdi. Onlar çox rahat və inanılmaz dərəcədə futuristik idi: plastik dəstək və özüitilənən ülgüc. Məhsul bazar ilk buraxıldığı zaman 1 həftə ərzində böyük tələbatla əldə edilir. Lakin bundan sonra bıçaqlar satılmır. Şirkət öz yeniliyinin əsirinə çevrilir. Belə ki, bıçarlaq o qədər mükəmməl yaradılmışdı ki, evdaq qadınlar onları yeniləri ilə əvəz etmirdilər.

Artıq iflas qapısı Henckels şirkətinin qapısını döydükdə rəhbərlik Brüs Bartondan və onun reklam şirkətindən kömək istəyirlər. Barton 1 həftə düşündükdən sonra təslim olur və “brain storm” yaratmaq qərarına gəlir. 16 saat ərzində yüzlərlə agentlik işçisi dəhliz boyu addımlayaraq “bıçaq”, “kartof” və “təmizləmə” sözlərini təkrar edərək ideya axtarırdılar. Bu zaman isə kuryerlərdən biri çoxdan gözlənilən həll yolunu səsləndirir: bıçaqların dəstəyini qəhvəyi, yəni kartof qabığı rəngində etmək. Bu ideya işə yarayır. Evdar qadınlar kartof təmizlədikdən sonra səhvən bıçaqları da tullantılar ilə birlikdə atırdılar. Bu halda isə yeni bıçağa ehtiyac yaranırdı. Brüs Barton isə bu “brain storm” haqqında kitab yazmış və ömrünün sonuna qədər əldə etdiyi vəsaitlə yaşamışdı.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər