11 C
Baku
Sunday, November 17, 2024

Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüş dekabrın 12-də Brüsseldə baş tutacaq.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelinin sədrliyi ilə keçiriləcək görüşdə altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri Aİ ölkələrindən olan həmkarları bir araya gələcək.

İclasda Avropa İttifaqının komissarı Oliver Varhelyi də iştirak edəcək.

İclasda, həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da iştirak edəcək.

İclasda Şərq Tərəfdaşlığının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələri müzakirə olunacaq. Aİ-Şərq Tərəfdaşlığı iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.

İştirakçılar həmçinin İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər