12 C
Baku
Monday, November 4, 2024

BŞ-ın “Ford” şirkəti 1,5 milyon avtomobilini geri çağırıb

Amerikanın “Ford Motor Co” avtomobil şirkətinin rəhbərliyi Şimali Amerikadan “Focus” modeli olan 1,5 milyon avtomobili üfləmə klapanındakı nasazlığa görə geri çağırdığını bəyan edıb. Bu, yalnız 2012-ci ildən 2018-ci ilə kimi istehsal olunan 2 litrlik GDİ ya da GTDİ mühərrikləri ilə təchiz olunmuş avtomobillərə tətbiq olunur.

Banker.az bildirir ki, şırkətin məlumatına görə, üfləmə klapanı acıq vəziyyətdə qala və avtomobilin plastik yanacaq bakının deformasiyasına səbəb ola bilər. Bu baş verdikdə isə nasazlıq indikatoru işə düşür ya da yanacağın miqdarı dəyişkən və qeyri-dəqiq göstərilir. Sözügedən nasazlıq avtomobilin yenidən işə salınmasına ya da nəqliyyat vasitəsi hərəkət edərkən mühərrikin dayanmasına səbəb ola bilər. Şirkət bu nöqsanın hər hansı qəza, travma və yanğın hadisəsinə səbəb olmadığını bildirib.

Oktyabrın 17-də “Ford”un administrasiyası şirkətin gəlirlərinin üçüncü rübdə 34,66 milyard dollar təşkil etdiyini və bu göstəricinin ötən ilə nisbətən 3 faiz çox olduğunu bildirib.

Azərtac

Son xəbərlər
Digər xəbərlər