15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

BŞİH: Oktyabrın 1-dək bağçalar tam açılacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sentyabrın 15-dən Bakıda fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib ki, müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq oktyabrın 1-dək bağçaların tam açılması nəzərdə tutulur.

Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.

Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.

Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaqdır. Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcək.

53a7b612 bb79 3c78 8c7a 260e6affb1b9 1211c686 0c65 38a2 a1f7 618095ddad8f cfd2eaa1 7abb 3b64 a5f0 e8bff3df609f e408e54a c4c4 3cb3 b64f e7f051972688 9b7dc922 19b7 324d 87a0 9e238dd8a783

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report.az
Son xəbərlər
360 380
Oxşar xəbərlər