18.4 C
Baku
Wednesday, May 14, 2025

BŞTİ-də yeni təyinatlar

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinatlar həyata keçirilib.

Bu barədə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova Əmr imzalayıb.

Əmrə əsasən, Zinyət Əmirova BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri, Kənan Hüseynov isə Təminat, təchizat və təsərrüfat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Z.Əmirova Dövlət İmtahan Mərkəzində, K. Hüseynov isə MÜTDA-da çalışıb.

Son xəbərlər
Digər xəbərlər