BTB bank 2017-ci ilin 2-ci rübünün sonuna dair hesabatlarını açıqlamışdır.
Son dövrlər bank strukturunda dəyişikliyi və bazara intensiv marketinq girişi ilə yadda qalan BTB Bankın aktivlərinin həcmində azalma müşahidə olunub. Belə ki, 2016-cı ilin sonuna 241 mln. manat olan aktivlər azalaraq 235 mln. manata düşmüşdür. Hazırda bankın kapitalının həcmi 39 mln. manat təşkil edir.
Qeyd edək ki, bank 2-ci rübü 122 min mənfəətlə başa vurub. Məlumat üçün bildərək ki, bank ötən rübü 1.1 mln. manat zərərlə başa vurmuşdu.