8 C
Baku
Friday, December 13, 2024

“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını 1 milyon manata çatdırıb

“BTB Kapital İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını daha 400 min manat, yaxud 66,7% artırıb.

Bu barədə  maliyyə qurumunun direktoru Ruslan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, bununla da “BTB Kapital”ın nizamnamə kapitalı 600 min manatdan 1 milyon manata çatıb.

“Əlavə vəsaiti yenə də investisiya şirkətinin yeganə səhmdarı “Bank BTB” ASC təmin edib”, – R.Cəfərov əlavə edib.

Xatırladaq ki, “BTB Kapital İnvestisiya Şirkəti” 2018-ci ildə yaradılıb.

©Report

Son xəbərlər
Digər xəbərlər