2 C
Baku
Saturday, December 14, 2024

BTC dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarında bir istiqamətə 246 yer nəzərdə tutulub

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarında bir istiqamətə 246 yer nəzərdə tutulub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

Xəbər verildiyi kimi, çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanış olub.

Martın 29-da “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan və Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. Qatarda doqquz sərnişin vaqonu, bir restoran var.

“Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib. Kateqoriyasından asılı olaraq, vaqonlar 10, 20 və 32 nəfərlikdir. Saatda 160 kilometr sürətlə hərəkət etmək imkanına malik qatarda bir istiqamətə 246 yer nəzərdə tutulub”, – məlumatda deyilir.

ADY 2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin daşınmasının təşkilini planlaşdırır.

Xəbər verildiyi kimi, ADY BTC ilə sərnişin daşınmasının təşkili məqsədilə “Stadler” şirkətindən 30 vaqon sifariş edib.

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istismara verilib. Hazırda bu marşrut ilə yüklərin daşınması həyata keçirilir. İlkin mərhələdə BTC ilə 1 mln.-a qədər sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Lakin bu dəhliz ilə illik yük daşınmasını 20-22 mln. tona çatdırmağı planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər