12 C
Baku
Sunday, October 27, 2024

BTC ilə Türkiyədən nəql edilən neftin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 205 548 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 12.54% çoxdur.

Ötən ilin müvafiq dövründə Türkiyə ərazisi ilə BTC kəməri vasitəsilə 182 635 min barel neft nəql edilib.

Xatırladaq ki, ötən il Türkiyə ərazisi ilə BTC kəmərilə 200 149 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 2.8% azdır.

Qeyd edək ki, BTC kəməri ilə Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər