Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinə daxil olan neft müəyyən edilmiş xüsusi spesifikasiyaya uyğun olmalıdır.
Bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
“BTC istifadəyə veriləndən ona daxil olan neft üçün xüsusi spesifikasiya müəyyən edilib. Ancaq bu tələblərə cavab verən neft kəmərə daxil ola bilər”, – Tamam Bayatlı qeyd edib.
Onun sözlərinə görə, BTC ilə dünya bazarlarına çıxarılan neft “Azeri Light”ın qiyməti məhz onun xüsusiyyətlərinə görə qoyulur.
“Hazırda BTC ilə “Azəri-Çıraq-Günəşlı” nefti, “Şahdəniz”dən kondensatı, Qazaxıstan və Türkmənistandan çatdırılan neft və Azərbaycanın diqər yataqlarında hasil edilən “qara qızıl” nəql olunur. Həmin bu həcmlər ACG-yə daxil olanda onların göstəriciləri ölçülür və bu qarışıq müəyyən edilən spesifikasiya uyğun deyilsə, o, kəmərə buraxılmır”, – Tamam Bayatlı vurğulayıb.