Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə indiyədək 3.8 mlrd. barel neft ixrac olunub.
Bu barədə jurnalistlərə BP-nin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məlumat verib.
Onun sözlərinə görə, hazırda BTC vasitəsilə ortalama gündəlik 660 min barel neft nəql olunur, onun 440 min bareli “Azəri-Çıraq-Günəşli” yatağının, 100 min bareli “Şahdəniz” yatağında hasil olunan kondensatın, 120 min bareli isə digər ölkələrin neftinin payına düşür.
Bəxtiyar Aslanbəyli onu da əlavə edib ki, tranzit neftinin həcminin artırılması ilə bağlı müraciətlər də var və bunun texniki tərəflərinə baxılır.